Dil seçimi
az en
işığı
yandır söndür

Arı xəstəlikləri

Azərbaycanda yayılmış arı xəstəliklərinin və zərərvericilərinin, arı xəstəliklərinin vaxtında aşkarlanmaması, yaranma səbəblərinin aydınlaşdırılmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi hər il minlərlə arı ailəsinin məhv olmasına səbəb olur. Bundan başqa xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq aşağı düşür, arıçılıq gəlirsiz bir sahəyə çevrilir.

Varroatoz

 Ð�мÑ�Bu arıxanalara ən böyük zərər verən bir parazit xəstəliyidir. Xəstəliyin zərərləri aşağıdakılardır: varroa gənələri arıların hemolimfasını (qanını) soraraq onları zəiflədir, arılar üzərlərində ağır yük daşıyır və ən əsası bu gənələr vasitəsilə,arı ailələri bir çox xəstəliklərə yoluxur. İşçi arı üzərindəki gənələr insan üzərindəki tısbağalar (hərəsi 8 kq) ilə müqayisə oluna bilər. Bu xəstəliyin arı ailələrini zəiflətməsinin nəticəsi olaraq bir çox xəstəliklər, o cümlədən, çürümə xəstəlikləri yarana bilər.

Xəstəliyin əlamətləri: Uçuş bacasının qarşısında yaşama qabiliyyətinə malik olmayan qanadsız, ayaqsız, formasız bədənə malik arıların görünməsi xəstəliyin xarakterik əlamətləridir. Arıların xeyli hissəsi normadan kiçik olur.

Xəstəliyin kəskin mərhələsində (hər 100 arıya 20-dən çox varroa gənəsi) ölmüş erkək və işçi arı sürfələri, cavan erkək və işçi arılar yuvadan çölə atılır.

Müalicə və profilaktikası: Varroa gənəsinin dişi fərdləri əsasən arı ailələrində sürfələr çox olduqda, qapalı yuvalarda, az olduqda arıların üzərində olur. Ona görə də qapalı sürfələrin ən az olduğu vaxtlarda varroa gənələri pereparatların təsirinə açıq olur.

�м�

Lakin nəzərə almaq lazımdır ki,balın kimyəvi zəhərlənməməsi üçün əsas nektar gəlirinə 3 həftə qalmışdan bal süzülənə qədər arıya heç bir preparat vermək olmaz və 3 çərçivədən az gücə malik arı ailələri dərmanlanmamalıdır. Həm də çox soyuq (qış) və çox isti (+30-dan yuxarı) havalarda bir çox preparatlardan istifadə etmək olmaz.

Respublikamızda akarapidoz xəstəliyinin də yayıldığını nəzərə alsaq elə preparatlar seçilməlidir ki, bunlar akarapis gənəsinə də təsirli olsun.Bütün bunları nəzərə alaraq arı ailələri erkən yazda (15 fevral - 15 aprel) 3 dəfə, bal süzülən kimi 1-2 dəfə teda, varroset, akarasan, vamitrat, rulamit, timol kimi, payızın sonunda(1 oktyabr – 15 noyabr) isə 1 dəfə vetfor, fumisan,formiset, bayvarol, apistan kimi preparatlarla dərmanlanmalıdır. Süzüləcək balın dərman qalıntılarına görə təmizliyini fikirləşsək qarışqa turşusu ən yaxşı preparat sayılır.

�м�

Akarapidoz

Ð�мÑ�Akarapis gənələri çox kiçik ölçülərə malik olub (adi gözlə görünmür) arıların tənəffüs yollarında parazitlik edirlər.Xəstəliyin qorxulu tərəfi ondan ibarətdir ki, əlamətləri arıların 30 – 50 %-i yoluxduqda, yəni yoluxmadan 2-3 il sonra özünü biruzə verir. Xəstəlik qışın axırı və yazda, həmçinin, yayın uzunmüddətli yağışlı günlərində daha da şiddətlənir. 

Əlamətləri: Xəstə arılar pətəyin ətrafında qanadlarını titrədərək sürünürlər.Qışdan çıxmış arılarda arxa hissənin böyüməsi müşahidə olunur. Arılar arxası üstə çevrilib dövrə vurur, parazitdən yaxa qurtarmağa çalışırlar.Bəzi arılarda qanadların çəpləşməsi müşahidə olunur.Xəstə arılarda nəfəs borusu tutqun və əzilmiş olur. Bir çox hallarda bu xəstəlik nozematoz və ya varroatoz xəstəlikləri ilə eyni vaxtda baş verir. Ona görə arıların uçuş bacalarını və pətəkdəki çərçivələri ifrazatla çirkləndirməsi həm də akarapidoz xəstəliyinin əlaməti sayılır.

Müalicə və profilaktikası: Teda,akarasan, polisan, varroset, formuset, muravinka, vamitrat, rulamit, timol və s kimi preparatlar akarapidoz xəstəliyinin müalicəsində istifadə olunur. Qarışqa turşusu tərkibli formiset və muravinka praktik cəhətdən daha məqsədə uyğundur. Preparatlar təlimatlarına uyğun verilməlidir. 

Nozematoz

Ð�мÑ�Nozematoz arıların parazitar xəstəliyidir. Azərbaycan üçün yerli cins sayılan boz dağ qafqaz cinsi bir çox üstünlüklərinə baxmayaraq bu xəstəliyə daha həssasdır. Yoluxucu xəstəlik olub qışda və yazın əvvəlində özünü daha kəskin biruzə verir. Nozema sporları pətəklərini çaşan, oğurluq edən arılarla, arıçılıq məhsulları, arıçılıq alətləri, həmçinin, axmaz su mənbələri vasitəsilə yayılır. Xəstəliyə respublikamızın subtropik ərazilərində daha çox rast gəlinir. O, xroniki iflic virusunun inkişafına şərait yaradır. 

Əlamətləri: Pətəyin daxili divarlarının, çərçivələrin, arakəsmənin, şanların, uçuş bacasının ətrafının arıların ifrazatı ilə çirklənməsi xəstəliyin əsas əlamətlərindəndir. Xəstəliyə tutulmuş arıların qarnı şişir, ishal olur, qanadları titrəyir. Onlar pətəyin içində və ətrafında sürünürlər. Arı ailəsi yorğun və həvəssiz görünür, bivaxt uçuş edir.

Müalicə və profilaktikası: Xəstəliyin müalicəsində nozemat, nozematol, fumaglin,fumidil və s. kimi preparatlardan istifadə olunur. Bu preparatların kandi (kek) ilə verilməsi daha yüksək effekt verir. Profilaktika üçün arıxanalar rütubətsiz, hava dəyişən bir yerdə qurulmalı, arı ailələri qışa güclü və keyfiyyətli ana ilə getməlidir. Arıxana müalicə olunduğdan sonra pətəklər, arıçılıq avadanlıqları və alətlər dezinfeksiya olunmalıdır. Ailələrin yem ehtiyatı, arı üçün yararsız olarsa vitaminli şərbətlə əvəz edilməlidir.

Ð�мÑ� Name

Askosferoz

NameBu yoluxucu bir göbələk xəstəliyidir. Askosfera apis sporları adi şəraitdə uzun müddət qala bilir, münbit şəraitdə xəstəliyin yaranmasına səbəb olurlar. Xəstəlik yoluxmanın 1-ci ilində böyük zərər verir, sonrakı illərdə zərəri azalır.

Əlamətləri: Xəstəliyə əsasən zəif ailələr tutulur. Belə ailələrdə sürfələr inkişafdan qalır və sonda tələf olur. Ölmüş sürfələr quruyaraq qatılaşır, təbaşirə bənzər kütlə əmələ gəlir. Ona görə bu xəstəliyə kirəcləşmə xəstəliyi də deyirlər. Kirəcləşmiş sürfələr işçi arılar tərəfindən çölə daşınırlar. Pətəklərin qarşısında və uçuş bacası ətrafında belə sürfələri asanlıqla görmək mümkündür. 

Müalicə və profilaktikası: Bu xəstəlik unisan, kirəcidin, askozol, askosan, nistatin və s. kimi preparatlarla müalicə olunur. Lakin profilaktik tədbirlər görülməsə nəticə almaq çətindir. Bütün göbələk xəstəlikləri kimi askosferoz da rütubətli mühitdə yüksək inkişaf etdiyi üçün pətəklər torpaqdan nəm çəkməməlidir. Pətəklərin havalandırılmasına fikir verilməli, quzuqulağı turşusu, bipin və s kimi sulu pereparatlardan istifadə olunmamalıdır. Arı ailələrinə ehtiyac yoxdursa antibiotik verilməməlidir. Arıxanada dezinfeksiya işləri görülməlidir.

Xroniki İflic

Ð�мÑ�Bu xəstəlik də son zamanlar Azərbaycanda tez-tez rast gəlinən xəstəliklərdəndir. Virus xəstəliyidir.Tam təsdiqini tapmasa da xəstəliyin arıdan-arıya yem ötürmələri və varroa, akarapis gənələri ilə ötürüldüyü ehtimal olunur. Çiçək tozu çatışmazlığı, havaların soyuqdan istiyə kəskin dəyişməsi xəstəliyi şiddətləndirir.

Əlamətləri: Arılara tüstü verildikdə yerlərindən tərpənmirlər. Arılarda həyəcanlanma, qanadların fasilələrlə titrəməsi müşahidə olunur. Arılar tüksüzləşir, qaralır, parıldayır, arxa hissəsi kiçilir, qarışqaya bənzəyirlər. Uçuş bacasının ətrafında işçi arılar tərəfindən içəri buraxılmayan xəstə arıların görünməsi də xəstəliyin əlamətlərindəndir.

Müalicə və profilaktikası: Bu xəstəlik zamanı ən effektiv təsir vasitəsi tərkibi endonukleaza olan endoqlyukin pereparatıdır. Bundan başqa adi şəkər şərbəti ilə bəsləmə və bəzi antibiotiklər müəyyən effekt verir.

Amerika çürüməsi

Arıçılar ücün ən arzu olunmaz yoluxucu sürfə xəstəliyidir. Xəstəliyə yaman çürümə, möhürlü çürümə də deyirlər.

Əlamətləri: Xəstə sürfələr qapalı gözlərdə tələf olaraq çürüyür və qəhvəyi kütləyə çevrilir. Kütləni çöp ilə dartdıqda sap kimi uzanır və dülgər yapışqanı iyi verir. Pətəyin qapağını açdıqda da həmin iy hiss olunur. Qurumuş sürfələr qara-qonur rəngdə olub gözcüyün aşağı divarına yapışır. Möhürlənmiş sürfələrdə möhürlər deşilmiş və ya içəri batıq olur.

Müalicə və profilaktikası: Xəstəliyə yoluxmuş arı ailəsinin arısı, çərçivələri, şanları (sürfələrlə və balla birlikdə) yandırılmalı və ya torpağa basdırılmalıdır. Pətək güclü bir pereparatla dezinfeksiya edilməlidir. Yenicə yoluxmuş ailələrin də müalicəsi çox təhlükəlidir. Arıxananın və qonşu arıxanaların yoluxma riski çox yüksəkdir. Müalicə Avropa çürüməsində olduğu kimi aparılır.

Avropa çürüməsi

Əsasən (90%) açıq sürfələrin yoluxucu xəstəliyidir. Əsas bal yığımının əvvəlində özünü daha qabarıq biruzə verir.
Əlamətləri: Xəstə sürfələr parlaqlığını itirir, büzüşür və sonra saralırlar. Dəriləri şəffaflaşır, daxili orqanlarını görmək mümkün olur. Sonra kütlə formasına düşmüş sürfə quruyur, asanlıqla qopan, qəhvəyi rəngli qərtmək halında dibə yapışır. Çürümüş sürfələr turş və çürüntü iyi verir.

Müalicə və profilaktikası: Xəstəlik son mərhələyə yaxınlaşıbsa arı ailəsi amerika çürüməsində olduğu kimi məhv edilməlidir. Digər hallarda pətəkdəki artıq çərçivələr çıxarılaraq yuva sıxlaşdırılır, zəif ailələr birləşdirilir. Arı ailələri dezinfeksiya olunmuş pətəklərə köçürülür. Xəstəlik oksivit, oksitetraskilin, baktopol, oksibaktosid və s. kimi pereparatlarla müalicə olunur. Balda qalıntı saxlamaması məqsədilə arılar üçün nəzərdə tutulmamış antibiotiklərdən istifadə etmək məsləhət görülmür.

Name  Name

Kisəli sürfə xəstəliyi

Yoluxması: Soyğunçu arıların balı bir ailədən digərinə daşımaları ilə xəstəlik yayılır.Xəstəliyin inkubasiya dövrü 6- 7 gündür.Xəstə sürfələr bala gözü möhürləndikdən sonra Pup dövrünə keçid zamanı ölürlər.

Əlamətləri: Ölü sürfələr açıq gözlərdə az, möhürlənmiş gözlərdə daha çoxdur. Ölü sürfə pətək gözündən asanlıqla çıxa bilər. Sürfələr, içi su dolu neylon torba kimidir. Bir iynə ilə deşildikdə asanlıqla çölə çıxır. Sürfə rəngi başlanğıcda ağdır. Xəstəlik irəlilədikcə saman sarısı və boz rəngə çevrilir. Ölü sürfənin rəngi boz-qaradır. Gözcüklər açılıb araşdırıldığı zaman, sürfənin baş hissəsinin yuxarıya doğru qıvrılmış halda olduğu görülür. Ölü sürfələrin ümumi olaraq Amerika və Avropa çürüməsində olduğu kimi qoxusu yoxdur. İşçi arılar ölü sürfələri asanlıqla gözcüklərdən çıxarıb çölə ata bilərlər. Bu virus isçi arılara da təsir edir,ömürlərini qısaldır,nektar və çiçək tozu yığımını azaldır.

Müalicə və profilaktikası: Bu xəstəliyin müalicəsi üçün heç bir kimyəvi dərmandan istifadə olunmur. Arı ailəsini uyğun vitaminlərlə (streset, antivir,virusan və s. ) qidalandıraraq immuniteti artırmaqla xəstəliyə qarşı mubarizə aparmaq mümkündür. Ana arının gəncləşdirilməsi və ailənin gücləndirilməsi kisəli sürfə xəstəliyinin müalicəsinə kömək edir. Arıxananın yerləşdiyi yer rütubətsiz olmalıdır.Xüsusilə pətəklərin altdan nəm almalarının qarşısını almaq lazımdır. Pətəklər torpaqdan ən azi 30-40sm yüksəklikdə qoyulmalıdır.

                  Имя              Имя

               

 

Yekun

Sadaladığımız və sadalamadığımız bir sıra xəstəliklərə, əsasən zəif ailələr tutulur. Belə bir deyim var: “Zəif arı ailəsini arıçı, güçlü arı ailəsi arıçını saxlar”. Arıxanada anası cavan, güclü arı ailələri saxlayıb düzgün qulluq göstərməklə yüksək məhsuldarlığa nail olmaq olar. Varroatoza qarşı profilaktik tədbirlər hökmən görülməlidir. Ümumi gümrahlaşdırıcı kimi Arı-Polivitdən istifadə etmək məsləhətdir. Bundan başqa 1litr su + 2 diş sarımsaq + bir qədər qatırquyruğu dəmləməsindən hazırlanmış şərbət (1 : 1) bir sıra xəstəliklərin profilaktikasında və ümumi gümrahlaşdırıcı kimi yaxşı effekt verir.

 

 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.