Dil seçimi
az en
işığı
yandır söndür

Haqqımızda

“Şahdağ-E” MMC

“Şahdağ-E” MMC 2001-ci ildən etibarən arı şanı və arıçılıq avadanlıqlarının istehsalı və satışı ilə məşğuldur.

Firma 2001-ci ildə yaradılsa da, firmanın təsisçisi  Elxan Ələkbərov bu işə 1997-ci ildə  arı şanının istehsalı ilə başlamışdır.

Tam sterilizə edilmiş, keyfiyyətli arı şanının istehsalı və satışı firmamızın Azərbaycanın bütün bölgələrində tanınmasına səbəb oldu.

Sonradan firmamız arıçılar üçün lazımi avadanlıqların istehsalına başlamışdır və getdikcə də bu işləri davam etdirməkdədir.

2007-ci ildən başlayaraq istehsal olunan yüksək keyfiyyətli pətək və çərçivələrin arıçılar tərəfindən bəyənilməsi firmamıza daha çox uğur gətirmişdir.

Firmamız  dünyada arıçılıq sahəsində baş verən bütün yeniliklərlə yaxından tanış olur , təşkil olunan sərgilərdə və konfranslarda iştirak edir.

Son zamanlar ana arının istehsalını qaydaya salmaq üçün bir sıra tədbirlər keçirilir. Arıçıların ana arı yetişdirmə təsislərində təcrübə keçməsi və süni mayalandırma aparatının alınması bu sahədə görülən işlərdəndir.

Azərbaycanda  arıçılıq sahəsini genişləndirərək daha da inkişaf etdirmək firmamızın əsas vəzifələrindən  biridir.

Firmamıza ve arıçılarımıza uğurlar arzulayırıq...

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.