Bal
Arı balı təbiətin bəxş etdiyi ən gözəl nemətdir. O nəinki qiymətli ərzaq məhsuludur, həm də dəyərli müalicə vasitəsidir. Balın müalicə xassəsi onun tərkibindəki şəkərlər, vitaminlər, müxtəlif mikroelementler, mineral maddələr, üzvi turşular, fermentlər, hormonlar və bakteriya əleyhinə maddələrlə zənginliyə əsaslanır. Bal ilə müalicəyə başlamazdan əvvəl ona qarşı allergik reaksiyanın: dəridə səpkilərin, ləkələrin əmələ gəlməsi, qaşınma, bağırsaq pozğunluğu və s. olub-olmamasını müəyyən etmək lazımdır.