Məhsullar:: Arıçılıq avadanlıqları
-
Arıçı Körüyü
Arıxanada iş zamanı körükdən verilən tüstü zamanı arıları sakitləşdirmək üçün istifadə olunur. Həmçinin, bəzi tüstü dərmanlarının verilməsi zamanı da istifadə olunur.
-
İsgənə
Pətək gövdəsini və başqa hissəsini bir-birindən ayırmaq, yaxud çərçivələri yerindən tərpətmək, pətəyin dibini, divarını və çərçivələri təmizləmək üçün işlədilir.
-
Arıçı bıçağı
Ballı çərçivələri bal süzmə aparatına qoymamışdan əvvəl onların möhürünü açmaq üçün istifadə olunur. Bıçaqdan istifadə zamanı bu işə daha az vaxt sərf olunur.
-
Fırça
Bal süzümü zamanı ballı çərçivələri pətəklərdən aldıqdan sonra üzərindəki arıları təmizləmək üçündür.
-
Yem qabları
Yem qabları arı ailələrinin yem ehtiyatını tamamlamaq, müalicə və profilatika məqsədilə arılara şəkər şərbətində dərman maddələri vermək, gəzəngi balın bir hissəsini şəkər şərbətilə əvəz etmək, habelə, oyadıcı, yaxud stimullaşdırıcı yem vermək üçün işlədilir.
-
Bal süzmə aparatı
Bal şanlardan bal süzmə aparatı vasitəsilə çıxarılır. Bal süzmə aparatında fırlanma zamanı mərkəzdənqaçma qüvvəsinin təsirindən bal şan qovuqcuqlarından sıçrayıb çıxaraq balsüzənin dibinə toplanır və oradan da kran vasitəsilə axıdılaraq qablara doldurulur.
-
Reduktor
Reduktor
-
Elektrikli bal isitmə və çökdürmə qazanı
Elektrikli bal isitmə və çökdürmə qazanı
-
Günəş muməridəni
Bu üzəri pəncərə şüşəsi ilə örtülü taxta qutudan ibarətdir. Günəş muməridəninin üstün cəhəti ondan ibarətdirki, onun vasitəsilə az əmək sərf etməklə yüksək keyfiyyətli mum almaq olur.
-
Buxar muməridəni
Su və istilik vasitəsilə böyük miqdarda mumu əritmək üçün istifadə olunur.
-
Arıçı məftili
Çərçivələri şanlamaq üçün çərçivəyə məftil çəkilməlidir. Belə məftil yumşaq və diametri 5mm olmalıdır.
-
Lekal
Lekal taxtasından süni şanı çərçivəyə yapışdırmaq üçün istifadə edilir.
-
Çərçivə
Müəssisəmizdə müxtəlif ölçülərə uyğun çərçivələr istehsal olunur
-
Vərdənə
Süni şanı çərçivəyə yapışdırmaq üçündür. Bu çərçivələrə süni şan çəkilməsi işini asanlaşdırır.
-
Çiçək tozu yığan
Arıların çiçəklərdən topladığı çiçək tozlarını pətəyə girərkən pətəyə qurulan tələ vasitəsilə yığılması üçündür.
-
Çiçək tozu qurutma aparatı
Aşağı gərginlikli 220 W-ta malik olan çiçək tozu qurutma aparatı.
-
Pətək tutacağı
Pətəklərin daşınmasında istifadə olunur.
-
Pətək kilidi
Pətəklərin qapaqlarını gövdəyə bağlamaq üçün istifadə olunur
-
Arı girişi
Arı ailələrinin bir yerdən başqa yerə köçürülməsi zamanı arıların çölə çıxmaması məqsədilə pətəyin havalandırılması üçün istifadə olunur.
-
Dairəvi arı girişi
Arı ailələrinin bir yerdən başqa yerə köçürülməsi zamanı arıların çölə çıxmaması məqsədilə pətəyin havalandırılması üçün istifadə olunur.
-
Biz
Çərçivələrdə deşik açmaq üçün istifadə olunur.
-
Cır arı tutan
Arılara hücum eden cır arıları tutmaq üçün qəfəsdir.
-
Elektriikli şan yapışdırma aparatı
Tellərin şana yapışdırılmasında istifadə olunur.
-
Bal ələyi
Süzülmüş balı yad cisimlərdən təmizləmək üçündür.
-
Ventil
Bal süzən aparat üçün plastik və dəmir ventil.
-
Vərəmum yığan
Çərçivə üzərinə qoyularaq arıların vərəmum yığmasında istifadə olunur.
-
Çərçivə deşən alət
Çərçivələri hazır vəziyətə gətirmək üçün istifadə olunur.
-
Bal sandığı
Hazır ballı çərçivələri bir yerdən başqa yerə daşımaq üçün istifadə olunur.
-
İzolyator
Ana arının yumurta qoymasını məhdudlaşdırır, bal yığımı zamanı məhsuldarlığı artırmaq üçün istifadə olunur.
-
Arıçı Çəngəli
Ballı çərçivələri bal süzmə aparatına qoymamışdan əvvəl onların möhürünü açmaq üçün istifadə olunur.
-
Ərsin
Yeşiklərin dibini təmizləməz üçün istifadə olunur.
-
Sim tutan
Sim tutan
-
Çərçivətutan
Çərçivələri pətəkdən çıxarmaq üçün istifadə olunur.
-
Tüstü
Arıları sakitləşdirmək məqsədilə tüstünü yaradan xammaldır.
-
Pim
Çərçivəyə çəkilmiş məftillərin çərçivə yanlıqlarını zədələməməsi üçün istifadə olunur
-
Termo plastik pətək altlığı çiçək tozu yığanla
Termo plastik pətək altlığı çiçək tozu yığanla
-
Erkek arı gözü
Varroaya qarşı mübarizə üçün istifadə olunur.
-
Remen
Pətəklərin bir yerdən başqa yerə köçürülməsində istifadə olunur.
-
Reflaktometr
Balın nəmliyini ölçmək üçün istifadə olunur.
-
Rəqəmsal reflaktometr
Balın nəmliyini ölçmək üçün istifadə olunur.
-
Plastik rəqəmlər
Pətəkləri nömrələmək üçün istifadə olunur.
-
Arı qaçıran
İki gövdə arasına yerləşdirilir. Arılar üst gövdədən alt gövdəyə keçir və yenidən üst gövdəyə qayıda bilmir. Bu zaman gövdə tamamilə arılardan təmizlənir. Bu bal süzümü zamanı işi asanlaşdırır.
-
Kandi (arı yemi)
Şəkər pudrası və bal ilə hazırlanan arı yemidir. Arılara yazda və payızda yemə olan tələbatını ödəmək üçün verilir.
-
Çiçək tozu yigan (yeşik altlığı üçün)
Çiçək tozu yigan (yeşik altlığı üçün)
-
İzolyator dəmir
İki arı ailəsini birləşdirmək üçün istifadə olunur.
-
Su qabı
Arıxanada bal arılarının suya olan ehtiyacını ödəmək üçündür.
-
Anakeçməz (dəmir)
Anakeçməz (dəmir)
-
Anakeçməz (plasmas)
Anakeçməz (plasmas)