Azərbaycan Nümayəndə Heyətinin Türkiyə Səfəri
Xəbərlər / 18-11-2014
5-9 noyabr 2014-ci il tarixində Fethiyədə keçirilmiş 35 ölkədən 350 iştirakçı, ümumilikdə isə 850 iştirakçının qeydə alındığı “4-cü Beynəlxalq Mugla Arıçılıq və Şam Balı Konqresi” ilə eyni zamanda keçirilən Avropanın ən əhəmiyyətli və ən qədim arıçılıq birliklərindən olan “Apislaviyanın 20-ci konqresi” -ndə, Azərbaycan Arıçılar Birliyinin sədr müavini Elxan Ələkbərovun rəhbərliyi ilə təşkil edilmiş 38 nəfərlik Azərbaycanın Nümayəndə Heyəti də iştirak etmişdir.
Dörd gün davam edən konqresin elmi iclaslarında Arı ailəsinin yetişdirilməsi,Arı xəstəlikləri və sağlamlığı,Apiterapiya və apiterapik məhsullar,Arının biologiyası və Ana ari yetişdirilməsi , Arıçılıqdaki problemlər və onların həlli yolları və s. mövzusunda çıxışlar olmuşdur.