Dil seçimi
az en
işığı
yandır söndür

YAZ MÖVSÜMÜNDƏ ARILARA QULLUQ.

Ð�мÑ�Ümumiyyətlə, arıçılıq çalışmaları 4 dövrə bölünür: erkən yaz dövrü, beçə dövrü, bal və ya məhsul dövrü, qış dövrü. Bu dövrlər bir-birindən kəskin sürətdə fərqlənmirlər və bir-birinə təsir edirlər. Arıçı bu dövrlərdən hər hansı birini ləngitdiyi zaman , bu özünü növbəti dövrdə məhsul veriminin aşağı düşməsi kimi göstərəcək. Müasir arıçılıqda arıçının ən böyük hədəfi bal toplama mövsümünə qədər pətəkdəki (yeşikdəki) arı sayını artırmaqdır. Bu say 80000-100000 olduqda arıçı istədiyi məhsulu götürə bilir. Böyük bal toplama dövrü təxminən 10-20 günlük bir zamanı əhatə edir. Bu müddətdə bitkilərdəki nektar miqdarı ən üst səviyyədə olur. Bu müddət- il, iqlim, mövsüm və coğrafi şərtlərə görə dəyişir.
      Yazın ilk günlərində arıçıların arı yeşikləri üzərindəki görəcəyi işlər, həmin il üçün məhsuldarlığı müəyyən edir. Şüurlu bir arıçı yaz mövsümünə laqeyd yanaşmaz, arıxanadakı problemləri ən başdan müəyyən edər və bal toplama mövsümündə arılarını ən məhsuldar şəkildə çalışdırır.
        Ilkin yoxlanış və yeşiklərin xaricdən müayinəsi: Soyuq havalarda pətəyin qapağının açılması arılarda panika yaradır və çox aqressiv olurlar.Buna görə də havalar istiləşənə qədər pətəyi xaricdən müayinə edərək və arıların hərəkətlərinə baxaraq, problemləri müəyyən etmək lazımdır. Arıçı xaricdən (çöldən) aşağıdakı müayinələri etməlidir.
Ana arının mövcudluğu: Bir arı ailəsinin həyatda qalması üçün ana arının olması şərtdir.Həmin günlərdə arılar sürətli bir şəkildə çalışıb yeşiyə çiçək tozu (polen) gətirirlərsə, bu ana arının varlığına işarədir.Əgər arılar polen gətirmirlərsə və pətəkdən qıraqda gəzirlərsə, ana arı böyük ehtimalla qışda ölmüşdür.
         Qida vəziyyəti: Pətəyin alt təbəqəsində görülən mum qırıntıları arıların ac olduqlarını göstərən işarələrdən biridir. Həmçinin sürfələrin çölə atılması, körpə arıların ac qalmasını göstərir. Çölə kütləvi şəkildə ölü arıların atılması, pətəkdə mövcud ola biləcək xəstəliklə yanaşı, qida vəziyyətinin də kritik halda olduğunu göstərir. Qida azalarkən yaşlı arılar gənc arıların həyatda qalma şanslarını artırmaq üçün intihar etməyə başlayırlar. Bu zamanlarda havalar yetərincə istiləşmədiyindən, arılara şərbət verilməsi doğru deyil. Ehtiyacı olan pətəklərə dərhal qatı yem vermək lazımdır. Pudra şəkər və süzmə baldan arı yemi (kandi) düzəldilərək arılara verilir. Əgər arı yemini hazırlaya bilmirsinizsə,keçən ildən qalan ballı bir çərçivəni arı yeşiyinin içinə qoya bilərsiniz.
           Pətəyin vəziyyəti: Işçi arılar pətəyə bir-bir, iki-iki girib çıxırlarsa, yeşikdəki arı sayı az, dolayısıyla arı ailəsi zəif sayılır. Amma, işçi arıların canlı bir şəkildə,-toplu halında pətəyə girib çıxması, pətəyin güclü olduğunu göstərir.
           Xəstəlik vəziyyəti: Pətəkdəki arıların xəstəliyə tutulub tutulmadığını da, əyani yolla bilmək olar. Yeşikdəki ölü arı sayısı normaldan çoxdursa və pətəkdə yetəri qədər bal varsa, xəstəlikdən şübhələnilməlidir. Yerlərdə qanadsız arılar varsa, varroa xəstəliyi var deməkdir. Yerlərdə və uçuş taxtası ətrafında kiçik qruplar varsa və arılar uçmursa, nosema xəstəliyindən şübhələnilməlidir. Arılar yeşikdən uçuş taxtasına mumya görünüşlü körpə arılar aparırsa, bu ailədə kirəçləşmə (daşlaşma) xəstəliyinin göstəricisidir. Arıların çölə çıxdıqları bir neçə gün ərzində bağırsaqlarındakı nəcinsi tullamaqları normaldır.Lakin uzun müddət uçuş taxtasının və arı yeşiyinin qarşısı çirklənərsə, nozematozdan şübhə edilməlidir. Xaricdən müayinə əsasında problem müəyyən edilən pətəklər işarələnir və içəridən müayinədə ilk öncə bunlar həll edilir.
Böyük yoxlanış və pətəklərin içəridən müayinəsi: Havalar yetərincə isindikdə, gecə və gündüz arasındakı istilik fərqi azaldığında, artıq yeşiklərin böyük yoxlanışı və içəridən müayinəsinin zamanı gəlmiş deməkdir. Yoxlanışa sakit və günəşli bir günün sabahında başlanılır. Baxım üçün aşağıdakı işləri sırasıyla görmək lazımdır.
        1.Əgər arılar aqressivdirsə, körükdən(duman) istifadə edilir və müəyyən qayda ilə pətəyə duman verilir.Əgər duman həmin qayda ilə verilməzsə, bu arılarda əks effekt yaradır və arılar daha da aqressiv olurlar.Bu dövrdə ərazidə nektar axını yetərli olmadığı və yeşikdəki qidanın miqdarı da kritik vəziyyətdə olduğu üçün, arılar stres altında olurlar. Körük, çoxlu duman veriləcək şəkildə yandırılır. Uçuş taxtasından yavaş dalğalar şəklində 2-3 dəfə duman verilir və təxminən 2 dəqiqə gözlədikdən sonra səs-küy salmamaq şərtilə, üst qapaq örtüyü açılaraq yoxlanışa başlanılır. Körpə arıların üşüməməsi üçün üst qapaq örtüyünün hamısı birdən açılmamalıdır. Nəzarət vaxtı təlaşsız və sürətli bir şəkildə hərəkət etmək lazımdır.
         2. Pətəyin çərçivələrinə bir-bir nəzarət edilir. Burada əsasən işçi arıların sayına, yumurta və sürfənin vəziyyətinə, bal, çiçək tozu (polen) kimi digər vəziyyətlərə baxılır. Çərçivələr pətəyin üzərinə qoyularaq nəzarət edilir. Belə olan halda ana arının yeşikdən qırağa düşüb tələf olma riski də azalır. Eyni çərçivədə fərqli böyümə mərhələsindəki sürfələr qarışıq vəziyyətdədirlərsə və aralarda boş gözlər də varsa,bu ana arının yaşlılığının və ya səmərəsizliyinin işarəsidir. Əslində eyni çərçivədə fərqli mərhələlərdə sürfələrin olması normaldır. Lakin səmərəli bir ana arı hücrə aralarında heç bir boşluq buraxmadan yumurta qoyur.
Arılar xüsusilə soyuq havalarda pətəyin içində salxım yaradırlar. Ona görə də pətəyin ortasındakı çərçivlərdə daha çox arı olur. Bu say kənarlara doğru irəlilədikcə azalmağa başlayır. Havalar istiləşdikcə əks proses baş verir. Pətəkdəki temperaturun sabit saxlanılması üçün, arıların olmadığı çərçivələr çıxardılır və arakəsmə qoyularaq pətəyin həcmi kiçildilir. Boş qalan qisminə isə kağız, saman, ot və s. qoyularaq izolyasiya edilir. Əvvəlki dövrdən qalan ballı çərçivələr çox yer tutduğundan, ana arının yumurta qoyması üçün yetərincə yer qalmır. Bunun üçün bu çərçivələr götürülərək yerinə qabardılmış (hörülmüş) şan qoyulur. Ya da ərazidəki nektar axımı çox olduğu üçün arılar bol miqdarda bal gətirdiyindən, yenə də ana arının yumurta qoyması üçün yetərincə yer qalmır. Yeşikdəki erkək arı gözlü şanları da çıxarılıb, yerlərinə qabardılmış şan ya da hörülmüş şan qoyulmalıdır.
         3. Ana arının olub-olmamasının və vəziyyətinin yoxlanılması. Qanadaları qopmuş, yaşlanmış, xəstələnmiş və ya hər hansı bir səbəbdən yumurta qoyma bacarığı azalmış ana arılar mütləq yenisilə əvəzlənməlidir.
         4. Müxtəlif arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək. Pətəkdə müəyyən edilən xəstəliklər üçün lazımı tədbirlər görülməlidir. Şahdağ- E Arıçılıq firmasında ölkəmizdə mövcud olan bütün arı xəstləliklərinə qarşı dərmanlar var. Bu dövrdə xəstəliklər olmasa belə,arılara bir çox qoruyucu dərmanlar və vitaminlər vermək lazımdır. Bu növ dərmanları əsasən erkən yazda,-arı sayının ən aşağı olduğu dövrdə vermək lazımdır.
          5.Pətəyin fiziki qurluşunun gözdən keçirilməsi. Pətəkdə arıların inkişafına mane olan qüsurlar varsa, mütləq dəyişdirilməlidir. Müayinədən sonra problemli olduğu müəyyən edilən pətəkləri arıxanadan kənara çıxarmaqla lazımlı tədbirlər görülməlidir.Rütubətlənmiş və kiflənmiş pətəklər gün altına qoyularaq qurudulur. Daha sonra deşilmiş, çatlamış və ya sökülmüş yerler təmir edilir. Pətəyin içindəki artıq tullantılar təmizləndikdən sonra alov üstünə qoyularaq dizinfeksiya edilir. Rənglənməsi lazım olan yeşiklər rənglənir.
          6. Arıların zəbt etmədiyi qaralmış və köhnəlmiş çərçivələr alınaraq, yeniləri ilə əvəz olunur. Ümumiyyətlə, hər il köhnə çərçivələrin yarısını dəyişdirmək, arı ailəsinin sağlam inkişafına yaxşı təsir edir.
          7. 10 çərçivəli bir pətəkdə 2 çərçivə arı qalmışdırsa, bu ailə zəifdir.3-4 çərçivə arı varsa, ana arı xəstə və yaşlıdırsa, bu ailə də zəifdir. Lakin həmin pətəyin ana arısı gənc və sağlamdırsa,bu ailə orta gücdədir. Ailədəki arı sayı azdırsa, bu ailə digər ailə ilə mütləq birləşdirilməlidir. 1 güclü ailə 10 zəif ailədən daha çox bal hazırlayır. Arı oturan çərçivələrin sayı 3-4 olan ailənin ana arısı güclüdürsə,digər güclü yeşiklərdən körpə arıların köçürülməsi labüddür. Bunun üçün güclü yeşikdə müəyyən edilən körpə arılı çərçivə götürülərək, digər yeşiyə qoyulur.
          8. Qida vəziyyət kritik vəziyyətə düşmüşsə, arılar mütləq bəslənməlidir.Əslində pətəklərdə bal olan halda belə, ana arının yumurta qoyma qabliyyətini artırmaq üçün şərbət verilməlidir. Havaların soyuq olduğu günlərdə arılara şərbət yerinə arı yemi (kandi) verilməsi məsləhətdir.Arıların əksəriyyəti soyuq qış aylarında deyil, havaların istiləşməyə başladığı erkən yaz aylarında sönürlər. Çünki qış aylarında arılar qış yuxusuna gedir və çox az qidalanırlar. Lakin havaların isinməsi ilə bərabər arılar aktiv fəaliyyətə keçir və qida təlabatı yüksəlməyə başlayır. Ərazidəki nektar miqdarı da yetəri səviyyədə olmadığından,ac qalan ailə sönməyə başlayır. Pətəkdə heç yem qalmamış və arılarda aclıqdan zəif düşmüşsə, güman ki verəcəyiniz şərbəti yeyə bilməyəcəklər. Bu kimi vəziyyətlərdə tez ilıq şərbət düzəldilir və arıları islatmayacaq şəkildə pətəyə püskürdülür. Daha sonra arılara şərbət vermək olar.
            9. Əgər arıxanada təbii su qaynaqları yoxdursa, arıların su ehtiyacalarını qarşılaya biləcək tədbirlər görmək lazımdır.
Arı birləşdirmə
Iki və daha artıq yeşikdəki arıyı tək yeşiyə yığmaq işinə arı birləşdirmə deyilir. Arı ailələrini birləşdirmə iki səbəblə edilir. Birincisi, anası ölmüş ailələri anası olan bir ailə ilə birləşdirərək, məhv olmalarının qarşısı alınır. Ikincisi isə,iki zəif ailəni birləşdirərək, tək və güclü bir ailə yaradılır. Arıxanada çoxlu sayda zəif arı ailələrini saxlamaq yerinə, az sayda güclü ailələri saxlamaq daha doğrudur. Güclü ailələr xəstəliklərə qarşı daha müqavimətli olur, həmçinin qış şərtlərinə daha çox uyğunlaşa bilirlər. Birləşdirilməsi düşünülən iki pətəyin bir-birilərinə olan yaxınlıq məsafəsi yavaş-yavaş azaldılır və yan-yana gətirilir. Axşamüstü, mülayim bir havada, arıların yeşikdə olduğu bir vaxtı birləşdirmə işinə başlanılır. İki və daha çox arı ailəsini birləşdirmənin bir çox üsulu var; qəzet kağızı ilə birləşdirmə, ələk teli ile birləşdirmə, un ile birləşdirmə. Amma ən praktik və asan üsul iy ilə birləşdirmə üsuludur.Bilindiyi kimi arılar yad arıları iyindən tanıyır. Birləşdirilən iki arı ailəsinin savaşmaması üçün iylərin eyni olması lazımdır. Bunun üçün içinə iy qatılmış şərbət hər iki yeşiyin içinə də püskürdülür. Ya da beçə iysinə və ya buna bənzər, arıların narahat olmayacağı iyə batırılmış pambığı hər iki yeşiyə də qoyub, bir müddət gözləmək olar. Hətta insanların istifadə etdiyi ətirlərdən də bu məqsədlər üçün istifadə etmək olar. Iki ailənin iysi də eyni olduqdan sonra daha zəif olan yeşikdəki çərçivələr arılarla birlikdə götürülərək, digər pətəyin içinə qoyulur. Əgər iki ailənin də ana arısı varsa, yaşlı olanı öldürmək lazımdır.Əks halda onlar savaşır, gənc və güclü olan digərini öldürür.

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.