Arı havası
Xəbərlər / 11-07-2015
Arı havası son zamanlar arıcılıq məhsulları sırasına girərək, ön yerlərdən birini tutmaqdadır. Arı havası nədir? Arı havası dedikdə, arı pətəyinin (yeşiyinin) daxili havası nəzərdə tutulur. Xüsusi cihaz vasitəsilə insan bu hava ilə nəfəs alır.Bu havanın tərkibində nektarın (balın), çiçək tozunun ( güləmun), vərəmumun,propolisin, arı zəhərinin və s. buxarları mövcuddur. Bu qarışıqla ingalyasiya aşağıdakı xəstəliklərdə tətbiq edilməkdədir.
• Xroniki bronxit, bronxial astma, allergik astma
• Ağciyər xəstəlikləri, ağciyər xərçənginin ilkin mərhələsi də daxil olmaqla
• Migrenlər
• Depressiyalar, sinir sistemi xəstəlikləri və digər xəstəliklərə təsir göstərir
Arı havası bütün dünyada, əsasən də Almaniyada tədqiqat mərhələsindədir və müdhiş nəticələr alınmaqdadır.
Bu arıçılıq məhsulu Azərbaycanda bizim firmamız tərəfindən öyrənilir və artıq tətbiqinə başlanılmlşdır.
Diqqətinizə çatdıraq ki, Arı Havasının qəbulu gündə 4 saat olmaqla 5 gün davam edir
Arzu edənlər bizimlə əlaqə saxlaya bilər:
