Dil seçimi
az en
işığı
yandır söndür

II BAKI BEYNƏLXALQ KONFRANSI (23-24 yanvar 2016)

2ci konfrans

 

23-24 yanvar 2016-cı il tarixində II Bakı Beynəlxalq Arıçılıq Konfransı keçirildi. AF Otel Novxanada keçirilən tədbirimizdə 80-ə yaxın arıçı, 25-dən çox professor, dosent, elmlər namizədi, vəzifəli şəxslərin və arıçılıqla peşəkar və həvəskar məşğul olan şəxslər burada iştirak etmişdir. Nitq söyləyənlərin qiymətli fikirləri iştirak edən arıçıların konfrans müddəti ərzində diqqətlərini çəkmişdir.Təşkilati dəstəyi Şahdağ-E şikətinin direktoru Elxan Ələkbərovun öhdəsinə götürdüyü konfrans, iştirakçıların böyük marağına səbəb oldu. Arıçılar bu faydalı tövsiyələrdən yararlanaraq işlərini elmlə və təcrübələrə dayanmış örnəklərlə daha da inkişaf etdirmək istəylərini bir daha ortaya qoydular. Arıçılıq fəaliyyətlərini genişləndirməyin yollarını və üsullarını bu sahədə rəğbət görmüş şəxslərin öz dillərindən dinlədilər. Xarici qonaqlarımız modern arıçılıq texniklərindən , tam organik arıçılıq məhsullarından, xəstəliklərlə mübarizə üsullarından ətraflıca danışdılar. Arıçılıqda yeni cığır açacaq sahələrdən olan apiterapiya haqqında da iştirak edən arıçılarımıza məlumat verildi.  Çıxışlarda nitq səsləndirənlərə öz suallarını vermə şansına sahib olan konfrans iştirakçıları bu imkandan da istifadə edərək çox interaktiv bir tədbir baş tutdu. Konfransın açılışında KTN Heyvandarlığın inkişafı İdarəsi Qalib Ebdüləliyev və Elxan Ələkbərov bu sektorun Azərbaycan üçün nə qədər önəmli bir sahə olduğunu, gələcəkdə görülməsi öngörülən işlər haqqında öz fikirlərini ve təbrik nitqlərini səsləndirdilər. Professor Rauf Sultanovun 1 saat 20 dəqiqəlik arı ailələrinin yoluxucu xəstəliklrə tutulmasının əsas səbəbləri haqqında çox geniş , əhatəli bir mühazirəsi oldu. Azərbaycanda olan və ola biləcək xəstəliklərə qarşı mübarizə şəkillərindən bəhs etdi. Xəstəliklərin arılar, arı məhsullarının keyfiyyətinə və bala nə dərəcədə təsir etdiyini iştirakçılarla paylaşdı. Xəstəliklərdən qorunma və mübarizə üsullarını izah etdi. Nitq səsləndirənlər arasında Arıçılıq Mərkəzi sədri , Elmlər Namizədi Allahverdi Seyidov, arıçı Abdulla Şərabçıyev, Dosent Elsevər Əsədov, dosent Əli Tahirov, Arıçılar ittifaqı Sədri Şamil Quliyev və s. yerli həmkarlarımız öz fikirlərini arıçılarla bölüşdü. Xaricdən gələn qonaqlarımızdan Professor Möhsün Doğaroğlu, Apiterapevt Hüseyn Ceylan  , Apiterapevt Tatyana Çuxray dəyərli fikirlər səsləndirdilər.  Konfransda professor Möhsün Doğaroğlu ilk öncə "Arıçılıqda uğur qazanma yolları" başlığı altında öz tövsiyələrini və təcrübələrini arıçılarla hərtərəfli olaraq bölüşdü. Onlara bu sektorda inkişaf üçün atılması gərəkən addımların ən praktik yollarını ətraflıca izah etdi. Olabiləcək hər bir riskli vəziyyətdən ən tez və ən təbii yolla çıxmağı, planlı və sistemli şəkildə bu işi inkişaf etdirmək üçün nə etmək lazım olduğunu bizlərlə paylaşdı. Konfransın 2-ci günü professor Möhsün Doğaroğlu "Arıçılıqda məhsuldarlığın artırılması və yüksək rentbelli arıçılıq təsərrüfatlarının yaradılması yolları" başlıqlı çıxışı arıçıların yüksək rəğbətini qazandı. Professor Türkiyədəki arıçıların öz təsərrüfatlarını necə böyütdüyünü, hansı üsullardan istifadə etdiyini açıqlayaraq nümunələrini , təcrübələrini iştirakçılara elmi əsaslarla izah etdi. Çıxışında hər bölümün sonunda çox saylı sualları cavabladı , bəzi texniklərin daha düzgün və təkminləşdirilmiş yolunu ətraflı şəkildə arıçılarla bölüşdü.  Konfransda Türkiyədən gəlib bizlərlə öz dəyərli fikirlərini paylaşan digər bir şəxs isə Hüseyn Ceylan idi. O, iştirakçılara tam fərqli bir prespektiv qazandıracaq arıçılıqla çox sıx əlaqəsi olan apiterapiya haqqında nitq söylədi. 1996-cı ildən , 20 ilə yaxın bir müddətdə bu işlə məşğul olduğunu , təcrübə və yöntəmlərindən danışdı. İlk olaraq bu işə başlamaq üçün mütləq  lazım olan bəzi sertfikat və lisenziyaların alınmasından , hansı standartlara uyğun bir iş sahəsinə sahib olmağın yolları və sonrasında izləniləcək yolları bizlərlə paylaşdı. Bu sahənin gələcəyini və ən əsas nə qədər əhəmiyyət kəsb etdiyini iştirakşılara başa saldı. Modern tibb ilə arasındakı sıx əlaqənin inkişafını ətraflı şəkildə açıqladı. Sonda bu işlərlə məşğul olmaq istəyən arıçıların suallarını cavabladı. 

Ayrıca , Beynəlxalq , dünyada tanınan Yaponiyanın çox əhəmiyyətli şirkətlərindən olan BBA'nın prezidenti Itooka Masakuzi arıçılarla Azərbaycan - Yaponiya bal ticarətindəki əlaqələri daha da böyütmək, iqtisadi-ticari əlaqələri daha da möhkəmləndirmək istədiyini iştirakçılarla paylaşdı. Yaponiyadan gələn qonağımız konfransımızda iştirak edərək öz qiymətli fikirlərini bizimlə bölüşən İtooka Masakuzi Yaponiyanın BBA şirkəti ilə Azərbaycan biznes əlaqələrinin daha da güclənəcəyini dilə gətirdi. Özünün prezidenti olduğu BBA şirkəti Azərbaycandan aldığı balı "Caucasus Peru Honey" adı altında Yaponiyada otel bə mağazalarda satışa çıxardığından bəhs etdi. Azərbaycan balının təbii və keyfiyyətinin qorunmasının vacibliyini dəfələrlə vurğuladı. İştirakçılardan aıdığı bal örnəklərini analiz etdirəcəyini və bəyəndikləri balların arıçıları ilə Elxan Ələkbərovun başçılığında əlaqə saxlayaraq Azərbaycan balının dövriyyəsini artırmağı hədəflədiyini söylədi. Elxan Ələkbərov - Şahdağ-E şirkətinin qurucusu və II Bakı Beynəlxalq Arıçılıq Konfransının əsas təşkilatçısı dünyada və Azərbaycanda mum emalındakı vəziyyət və mumun çiklənmə səviyyəsindən danışdı. Mumun  bal və digər arı məhsulları üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini , bu məhsulların keyfiyyətində mumun rolundan, mumu təmin etmədə əsas güvənə biləcəyiniz yərlərdən almağınızın faydalı olacağını söylədi. Ölkəyə girmiş istifadə olunan mumlarda çirklənmə səviyyəsindən ətraflıca konfrans iştirakçılarını xəbərdar etdi. Çirklənmiş mum istifadəsində buna qarşı mübarizədə Azərbaycan arıçılığı üçün birlikdə olmağın , ortaq qərarların verilməsi gərəkdiyini dilə gətirdi. Konfrans sonunda iştirakçılara konfransı dəyərləndirmələri üçün anket verilmişdi və anketi nəticəsi olaraq demək olar ki, arıçılar hamsı bir ağızdan II Bakı Beynəlxalq Konfransının gözlənilənin çox üzərində təşkil olunduğunu, çıxış edənlərdən, yer və məkandan, belə bir tədbir ortamından çox razı qaldıqlarını qeyd etmişlər. Ən çox bəyəndikləri tədbirin çox interaktiv, sualların cavabının həmən tapılması, birlikdə iş imkanlarının mümkünlüyü, xarici qonaqların dəyərli fikirlər olmuşdur.

 

2ci konfrans2ci konfrans

2ci konfrans2ci konfrans

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.