Dil seçimi
az en
işığı
yandır söndür

III Bakı Beynəlxalq Arıçılıq Konfransı

III Bakı Beynəlxalq Arıçılıq Konfransı
Имя

Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 4-5 fevral 2017-cı il tarixində Novxanı qəsəbəsində yerləşən “AF HOTEL” ailəvi-istirahət mərkəzində keçiriləcək “III Bakı Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir. 
Konfransda arıçılığın bütün sahələrini əhatə edən mövzular müzakirə olunacaq.
Türkiyə, Ukrayna, Rusiya və Gürcüstandan gələn mütəxəssislərin iştirakının nəzərdə tutulduğu konfransın gündəliyi haqqında daha sonra ətraflı məlumat verəcəyik. 

Konfransda iştirak :
1) 1 nəfər üçün - oteldə gecələməmək şərti ilə 40 azn təşkil edir.
Buraya 2 gün ərzində:
- nahar yeməyi,
- limitsiz çay, su,
- desert ilə çay aiddir.

2) 1 nəfər üçün - 2 nəfərlik otaqda 1 gecə qalmaq şərti ilə 70 azn,
- 1 nəfərlik otaqda 1 gecə qalmaq şərti ilə 80 azn təşkil edir.
Buraya:
- oteldə gecələmək, 
-1 səhər, 
-1 axşam yeməyi, 
-2 gün ərzində nahar yeməyi,
- limitsiz çay, 
- desert ilə çay daxildir.

İştirak etmək istəyənlər:
(077) 325 00 06 nömrəsi ilə əlaqə saxlayaraq və ya info@shahdag.net e-mail adresinə Ad, Soyad, əlaqə nömrəsini və oteldə gecələyib-gecələməmək barədə məlumat yazaraq qeydiyyatdan keçə bilər.


Qeyd: 
Bal yarışmasında iştirak etmək istəyən və öz ballarını firmamız tərəfindən təşkil olunan AZƏRBAYCANIN BAL BANKI rəfində görmək istəyən arıçılardan yanvarın 15-nə kimi 1 kq bal nümunələrini firmamıza göndərmələri xahiş olunur. 
- Arıçının adı, soyadı,
- Əlaqə telefonu,
- Balın mənşəyi,
- Arıxanasının yerləşdiyi bölgənin adı,
- Son olaraqda, illik olaraq əldə etdiyi ortalama bal miqdarı yazılmalıdır.
Bu bal nümunələri daxili və xarici bazar üçün topdan alıcılara təklif olunacaq ballardır.

 

Konfrans haqqında ətraflı məlumatı www.konfransari.com saytından əldə edə bilərsiniz

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.