Dil seçimi
az en
işığı
yandır söndür

Xəbərlər

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun

     

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir. 

  • Azərbaycan Balı Yaponiyada

    Artıq 3 ildir ki, Azərbaycan balı Yaponiyaya ixrac olunur. 16 oktyabr 2017-ci il tarixində Yaponiyanın NEO, BBA və Azərbaycanın Şahdağ-E Arıçılıq şirkətininin rəhbərliyi arasında işgüzar görüş keçirilib. Görüşdə əsasən bal və digər arıçılıq məhsullarının Yaponiyaya ixrac edilməsi məsələləri müzakirə olunub. 

  • 45-ci APİMONDİA Beynəlxalq Arıçılıq Konqresi

    Dünya Arıçılar Birliyi Federasiyası tərəfindən iki ildən bir təşkil edilən, arıçılıq və turizm sektoru baxımından əhəmiyyət daşıyan, sayca 45-ci olan Apimondia Konqresi bu il Türkiyənin İstanbul şəhərində keçirilib. 

  • Son Zamanlar Azərbaycanda Arı Ölümlərinə Səbəb Olan - NOSEMA C E R A N A E

    Keçən qış Azərbaycanın bir çox rayonlarında arı ölümləri ilə yadda qaldı. Müvafiq tədbirlər görülməsə xəstəliyin daha da yayılaraq ölümlərin də artacağı gözlənilir. Xəstəliyin törədicisi arıçıların yaxşı tanıdığı nosema apis-ə çox oxşasa da əlamətləri və müalicəsi tamamilə fərqlidir. Xəstəliyin kütləvi ölümlərə yol açmasının əsas səbəbi odur ki, xəstəliyin digər fəsadları ilə bərabər arılarda hərəkətsizlik (uyuşma) müşahidə olunur. Buna görə varroaya qarşı pereparatlar gözlənilən effekti vermir və bunun nəticəsi olaraq varroa olan arıda hər cür xəstəlik baş qaldırır.

  • Arı ailəsi almaq istəyənlərin nəzərinə

    ARI AİLƏSİ ALMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ:

    Aşağıdakı nömrələrdən arı ailəsi satan şəxslərlə əlaqə saxlaya bilərsiniz. Həmçinin, arı ailəsi satan şəxslər də müəssəmizin facebook səhifəsində əlaqə nömrələrini yerləşdirmək üçün bizə müraciət edə bilərlər.

    Müəssisəmiz arı ailəsinin satışını həyata keçirmir.
     

  • QUZUQULAĞI TURŞUSUNUN İSTİFADƏSİ (Oksalik asit) (VARROATOZ VƏ AKARAPİDOZA QARŞI)

    1. 3.5 % - 4 % -li Havanın tempraturu 2-11 0C
    Hazırlanması:
    Quzuqulağı turşusu 35qr və ya 40 qr +Şəkər tozu 200qr + məhlul 1 litrə tamamlanana qədər su əlavə olunur.
    İstifadəsi: (damcı üsulu)
    Hər arılı ramkaya 5ml – 1 həftə ara ilə 2 dəfə 

     

  • III Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (4-5 fevral 2017)

     

    4-5 fevral 2017 –də keçirilən III Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı öz işini uğurla yekunlaşdırdı. 
    Təşkilati dəstəyi Şahdağ-E şirkətinin direktoru Elxan Ələkbərovun üstləndiyi konfrans, arıçılığın bütün sahələrini əhatə edən çıxışlarla iştirakçıların böyük marağına səbəb oldu.
    Konfransın materialları www.konfransari.com saytında yerləşdirilib

     

     

  • II BAKI BEYNƏLXALQ KONFRANSI (23-24 yanvar 2016)

    23-24 yanvar 2016-cı il tarixində II Bakı Beynəlxalq Arıçılıq Konfransı keçirildi. AF Otel Novxanada keçirilən tədbirimizdə 80-ə yaxın arıçı, 25-dən çox professor, dosent, elmlər namizədi, vəzifəli şəxslərin və arıçılıqla peşəkar və həvəskar məşğul olan...

  • Arı havası

    Arı havası son zamanlar arıcılıq məhsulları sırasına girərək, ön yerlərdən birini tutmaqdadır. Arı havası nədir? Arı havası dedikdə, arı pətəyinin

  • BEÇƏVERMƏ

    Arı ailəsi beçəvermə yolu ilə çoxalırlar.Arı ailəsində sürfələri yemləmək üçün tələb olunduğundan çox arı yetişdikdə beçəvermə dövrü başlayır.Bu zaman yemləyici arılarda çoxlu süd toplanır və bunun nəticəsində onların fizioloji vəziyyəti dəyişir və ananı beçə

  • YAZ MÖVSÜMÜNDƏ ARILARA QULLUQ.

    Ümumiyyətlə, arıçılıq çalışmaları 4 dövrə bölünür: erkən yaz dövrü, beçə dövrü, bal və ya məhsul dövrü, qış dövrü. Bu dövrlər bir-birindən kəskin sürətdə fərqlənmirlər və bir-birinə təsir edirlər. Arıçı bu dövrlərdən hər hansı birini ləngitdiyi zaman , bu özünü

  • ARI AİLƏLƏRİNİN BÖLÜNMƏSİ. YENİ ARI AİLƏLƏRİNİN YARADILMASI

            Erkən yazda arı ailələrinin çoxalmasında  üstünlük təşkil edən üsullardan biri süni yolla beçə verilməsidir. Adətən süni beçə vermə iki şəkildə aparılır.

  • Yeni Mövsüm şan istehsalına başlanılmışdır.

    Əridilməmiş, şanın (suşun) qəbulu və şan ilə əvəz edilməsi

    Ərdilməmiş şəkildə mum:

    Qəbul edilir: 1 kq – 2 man

    Dəyişdirilir: 4 kq xammal  -  1 kq şan (25%)

    Mumun şanla əvəz edilməsi, dəyişdirilməsi

  • Azərbaycan Nümayəndə Heyətinin Türkiyə Səfəri

    5-9 noyabr 2014-ci il tarixində Fethiyədə keçirilmiş  35 ölkədən 350 iştirakçı, ümumilikdə isə 850 iştirakçının qeydə alındığı   “4-cü Beynəlxalq  Mugla Arıçılıq və Şam Balı Konqresi” ilə eyni zamanda keçirilən Avropanın ən əhəmiyyətli və ən qədim arıçılıq birliklərindən olan “Apislaviyanın 20-ci konqresi” -ndə, Azərbaycan Arıçılar Birliyinin sədr müavini Elxan Ələkbərovun rəhbərliyi ilə təşkil edilmiş 38  nəfərlik  Azərbaycanın Nümayəndə Heyəti də  iştirak etmişdir.

  • “Azərbaycanın bal verən bitkiləri” kitabının yeni nəşri

    Azərbaycanda nəşr olunan arıçılıq haqqında kitablara yenisi əlavə olundu. “Azərbaycanın bal verən bitkiləri” kitabı mərhum akademik Ələkbər Quliyevin 1957-ci ildə nəşr etdiyi kitabın təkrar nəşridir. 

  • Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək

    Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi XV bal sərgisi  keçiriləcək. 

  • Kandi istehsalı və satışı

    Müəssisəmiz yeni mövsüm kandi (arı yemi) istehsalı və satışına başlamışdır.

  • Beynəlxalq Muğla və Çam Balı Konqresi

    5-9 Noyabr 2014 tarixində Türkiyənin Fethiye şəhərində  (Antalyadan 197 km məsafədə)  "4 -cü Beynəlxalq Muğla Arıçılıq və  Çam Balı Konqresi ilə eyni zamanda 20-ci Apislavia Konqresi" keçiriləcəkdir.

  • Arıçılıq Seminarı 2014

    25-26 yanvar 2014 tarixlərində “Şahdağ-E”MMC-nin Azərbaycan arıçıları üçün təşkil etdiyi 2 günlük Arıçılıq Seminarı keçirildi.

  • İstanbul Bal və Arı Məhsulları Sərgisi

    22-24 Noyabrda Türkiyənin İstanbul şəhərində “İstanbul Bal və Arı Məhsulları Sərgisi” keçirildi. Türkiyə Arıçılar Birliyi (TAB) tərəfindən təşkil olunan sərgidə əsas məqsəd bal və arıçılıq avadanlıqlarını xalqa bir daha tanıtmaq idi.

  • XLIII Beynəlxalq Arıçılıq Konqresi

    Dünyanın ən prestijli 10 konqresi arasında qəbul edilən, Dünya Arıçılar Birliyi Federasiyası tərəfindən iki ildə bir təşkil edilən, arıçılıq və turizm sektoru baxımından böyük əhəmiyyət daşıyan, sayca 43-cü olan Apimondia Konqresi bu il Ukraynanın paytaxtı Kiyevdə keçirilib.

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.