Cavan ana arılar hansı ailələrə verilir?
-

İrqi bəyənilməyən ailələrin ana arıları mövsümün sonunda dəyişdirilir
-
Bir müddət ana arısını itirmiş ailələrə ana arı verilir. Bu müddət uzun çəkərsə onda arı ailəsində erkək arılar üstünlük təşkil edər. Bu zaman ana arının ailəyə verilməsi bir fayda verməz.
-
Yüksək məhsul əldə etmək üçün ana arılar iki ildən bir dəyişdirilir.
-
Bal yığımından sonra güclü ailələr iki yerə ayrılır və ana arısız ailəyə ana arı verilir.
Ana arı veriləcək ailələrin hazırlanması
Arıçılıqda yetişdirilən və ya satın alınan ana arıların arı ailələrinə verilməsi və qəbul etdirilməsi üçün aşağıdakılar nəzərdə tutulur:
-
Ana arının irqi və yaşı – bəlli, yetişmə keyfiyyəti – kifayət qədər , yumurtlama aktivliyi – tam olmalıdır.
-
Araşdırmalar 200mg və daha ağır olan ana arıların 90%-inin normal ailələr tərəfindən qəbul edildiyini, çəkisi 180mg –dan aşağı olan ana arıların ancaq 47%-inin qəbul edildiyini göstərmişdir.
-
Əgər ana arı veriləcək ailə aqressivdirsə və dəyişik irqdəndirsə, həmçinin, işçi arılar yaşlıdırsa və ya uzun müddət ana arısız qalmışdırsa onda ana arını qəbul ettirmək çətinləşəcək.
-
Nektar çatışmazlığı, ağır hava şəraiti də ana arı qəbulunu çətinəşdirir.
-
Bütün bu dediklərimiz nəzərə alınaraq tədbirlər görülməli və ana arılar ailəyə sonra verilməlidir.
Qəfəsdəki ana arının yeni ailəyə verilməsi
-
Ana arı olan qəfəsdə onu müşayiət edən işçi arılar olur.
-
Bir pəncərənin qabağında işçi arılar qəfəsdən çıxarılır.
-
Əgər ana arı işçi arılarla birlikdə qəfəsdən çıxarsa onda yavaşca qanadlarından tutularaq təkrar qəfəsə qoyulur.
-
Ana arı veriləcək ailə 4-5 çərçivəli arı ailəsi olarsa ana arı qəbulu asanlaşar.
-
Ana arı verilən ailə mütləq şərbət və ya kandi ilə yemləndirilməlidir.
-
Qəfəsin kandi olan hissəsinin üstü açılır. Qəfəsin telli üzü üstdən görünəcək və qəfəsin kandi olan hissəsi aşağıda qalacaq şəkildə arıların sıx olduğu üst çərçivələrin arasına sıxışdırılır.
-
Bu boşluqlardan ailənin işçi arıları həm kandini yeyir, həm də ana arını bəsləyirlər.
-
Ailənin işçi arıları 2-3 gündə kandini yeyir və ana arının qəfəsdən çıxacağı yolu açaraq ana arının çıxışını təmin edirlər.
-
Ana arı dəyişdirilən zaman isə ailənin yaşlı ana arısı alınır, ən azı 4-5 gün gözlədilir və yeni ana arı arı ailəsinə verilir.