Dil seçimi
en az
işığı
yandır söndür

Tanınmış alimlərin və ixtisaslı arıçıların dəvəti ilə arıçılıq üzrə konqreslərin və konfransların keçirilməsi

Bu cür konqreslərin  təşkili zamanı arıçılıq sahəsində baş verən bütün yeniliklərlə tanış olmaq və bu yeniliklərin müzkarəsində iştirak etmək mümkün olur.

Konfransların təşkili zamanı isə arıçılıq sahəsində baş verən yeniliklərin, problemlərin, arı xəstəliklərinin müzakirəsi həyata keçirilir.

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.