Dil seçimi
az en
işığı
yandır söndür

Arı şanı

Ð�мÑ�Müəssisəmizdə strelizə edilmiş, saf mumdan hazırlanmış arı şanı incə və qalın olaraq istehsal olunur.

Arıların intensiv şan hörmə dövründən səmərəli istifadə edilməlidir ki, şan hörən arılar işsiz qalmasınlar. Bunun üçün pətəkdə olan köhnə, qaralmış, düzgün hörülməmiş şanları ya yeni hörülmüş, ya da  hörülməmiş süni şanla əvəz etmək lazımdır.

Süni şan nədir?

Süni şan, xüsusi şan maşınlarında və ya qəliblərində saf bal mumundan hazırlanır.

Bir pətək üçün nə qədər süni şan lazımdır?

Süni şanlar çəki olaraq satılır. Çəkiyə gedən say onun ölçülərindən, qalın –incəliyindən asılı olaraq dəyişir. Ölkəmizdə süni şan iki ölçüdə: dadant (41x26) və lonqstrot (41x21) olaraq istehsal olunur. Arıçı da bir pətəyə gedəcək süni şanın sayını bu ölçülərə uyğun hesablamalıdır.

Süni şanın hansı üstünlükləri var?

  • Arıçının  süni şandan istifadəsi zamanı çərçivələrə süni şan bərkidildiyindən arıların şanı toxuması asanlaşır;
  • Hər cür qulluq, müayinə, profilaktik tədbirlər həyata keçirilə bilir;
  • Bal yığımı dövründə də bu çərçivələr asanlıqla çıxarıla və təkrar istifadə oluna bilir.
 
  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.